contact@ambulatoria.net      +994 (70) 214-45-44

Педиатрия Мы рядом, мы лечим, и работаем для Вас

Домой / Страница / Блог / Педиатрия

Vaxtı gələndə valideinlərdə bir sıra sual yaranır: qida əlavəsi kimi uşağa hansı məhsuldan başlamaq lazımdır, hansı həcmdə və hansı yaş dövründə? 
Bir neçə qanun var ki, mütləq əməl olunmalıdır!
Birinci qanun
Əlavə qidanı 5-6-cı ayında əlavə etmək lazımdır. 
Ümümdünya Səhiyyə təşkilatın tövsiyyəsi ilə optimal olaraq uşağa qidanı 6 ayından vermək lazımdır. Məs bu aylarda uşaqlarda dəmir deposu məhdudlaşır, ana südündə isə bu element çox az miqdardadır. Bundan əlavə, körpənin həzm sistemi yağları, zülalları və karbohidratları həzm etmək üçün yetişib və öz həzm fermentlərini istehsal etməyə başlayır.
Bu vaxt dövründə ilkin çeynəmə hərəkətləri formalaşır, qusma refleksi dilin orta sahəsindən arxa sahəsinə keçir və uşaq qatı yeməyi ağızdan çıxartmır.
İkinci qanun
Əlavə qidanı tərəvəzlərdən başlamaq lazımdır.
İlk olaraq hansı qidadan başlamaq lazimdir?
Dietoloq və pediatrların məsləhəti ilə ilk olaraq tərəvəz püresindən başlamaq lazımdır. 
Sıyıqlar dad xüsusiyyətinə görə ana südünə yaxın olaraq uşağın xoşuna gəlirlər və digər məhsulları çətinliklə qəbul edirlər. Buna görə ilk olaraq tərəvəz püresi məsləhət görülür (xüsusilə qəbizliyə meyilli uşaqlara).
Diqqət! əgər uşaqda nəcis ifrazatın sulu olması, çəkidə geriləmə, bağırsaq sancıları varsa tərəvəz sıyığı əlavə olunsa bu əlamətlər daha da çoxala bilər. Bu zaman ilk qida olaraq sıyıqları seçmək lazımdır.
Hansı tərəvəzləri seçmək lazımdır? 
İlkin olaraq hipoallergen tərəvəzlər seçmək lazımdır: kabak, gül kələmi, patisson, brokkoli, balqabaq. Bir az sonra (7-8-ci aylarda) kartof, kök, kələm əlavə etmək olar. 
Əlavə qida birkomponentli olmalıdır, 1-2 çay qaşığından başlanmalı və  tərkibinə duz, qatqilar əlavə etmək olmaz. 7-10 gün müddətində porsiyanı normaya çatdırmaq olar: 100-150 q.
Üçüncü qanun.
Sıyıqlar: qlütensiz olsun.
Müasir yanaşmalara əsasən ilk tərəvəz püresinə adaptasiya olunandan sonra sıyıqlar əlavə olunur. Sıyıqlar 3 həftədən tez olmayaraq verilməlidir. 
Birinci olaraq hipoallergen, qlütensiz sıyıqlar verilir (düyü, qreçka, qarğıdalı). Qlüten (yapışqanlı hissə) – bitki mənşəli zülaldır, hansı ki buğda, yarmanın tərkibində olur. O, yetkin olmayan körpənin bağırsağında çox çətin mənimsənilir. Qlüten tərkibli sıyıqları ilkin olaraq verilsə (xüsusi ilə 6 aya qədər) uşaqda qarında ağrı, köp, dəridə səpki və digər neqativ əlamətlər ola bilər. Çox nadir hallarda irsi olaraq uşaqlarda seliakiya xəstəliyi ola bilər, hansı ki qlütensiz qida tələb edir.
Qreçkalı sıyığın tərkibində qlüten yoxdur və yüngül bitki tərkibli zülal mənbəyi olaraq ilkin sıyıq kimi vermək olar.
Tərkibində bitki lifləri və nişasta var ki, uşağın bağırsağın fəaliyyətini stimulə edir, ona görə də, qəbizlik zamanı uşaq üçün xeirlidir. 
Düyü hipoallergen məhsul sayılır, ona görə də allergik uşaqlara ilkin qida əlavəsi kimi istifadə etmək olar. Tərkibində nişasta çox olduğundan yaxşı mənimsənilir və mədə-bağırsaq sistemini qıcıqlandırmır. Ona görə də qeyri-stabil nəcis ifrazatında faydalı hesab olunur, lakin qəbizliyə meyilli və artıq çəkili uşaqlara tez-tez istifadəsi məsləhət görülmür. 
Qarğıdalı sıyıqlar hipoallergen və yüksək kallorilidir. Ev şaraitində hazırlananda həzm üçün çox ağır hesab olunur, lakin  xüsusi istehsalatda hazırlanmış məhsul çox asanlıqla mənimsənilir (çunki qarğıdalı dənələri xüsusi emal olunub), həmçinin vitaminlərlə zəngin və tərkibində qlüten olmadığından ilkin əlavə qidası kimi vermək olar.
Sıyıqları necə əlavə etmək olar? 
Başlamaq lazımdır bir komponentdən (1 çay qaşığından), yavaş-yavaş 120-150 qədər çatdırılaraq. Bir həftədən sonra sıyığın digər növünə keçmək olar.  Bu sıyıqları ana südü və yaxud süd qatışığı ilə qarışdırılaraq uşağa vermək olar.  Süd sıyıqları 8-9 ayından uşaq rasionuna qatmaq olar, duz və şəkər isə 1 yaşdan sonra əlavə olunur.
Beşinci qanun.
Hər bir ət qida əlavəsi kimi istifadə etmək olmaz.
8-9-cu aylarda qidaya ət əlavə etmək olar. Hansı ət körpələrə faydalıdır? 
İlk növbədə yağsız dana, dovşan, quş ətidir. Amma əti əlavə edərək bir neçə xüsusiyyəti nəzərdə saxlamaq lazımdır. Dana əti öz xüsusiyyətlərə görə çox faydalı məhsul sayılır, lakin uşaqda inək südünə allergiya varsa, əlbəttə ki mal ətinədə allergiya ola bilər. Dana əti, toyuq əti, baxmayaraq ki, çox incədir və həzmdə rahatdır, həmin problem də yarada bilər.
Hind toyuğunun və dovşanın əti – hipoallergendir, və ilkin məhsul olaraq başlamaq olar. Uşağı bütov həcmə yavaş-yavaş öyrətmək lazımdır. Əvvəlcə, yarım çay qaşığından başlanılır, tələsmədən ətin həcmini 30-50-70 ml-ə qədər çatdırılır, yaşından asılı olaraq (1 yaşda 70 ml). 
Altıncı qanun.
Meyvələr: hamısını birdən vermək olmaz.
7,5 aylığında uşağa ilk meyvə püresini vermək olar. Pediatrlar birinci olaraq yaşıl almadan püreni məsləhət görüllər – onlarda allergiya ehtimalı daha azdır. Əgər uşaqda allergiya əlamətləri qeyd olunur, yaxud nəcis ifrazatı qeyri-stabildirsə, onda hipoallergik alma, armud yaxud banandan başlamaq olar. Əgər uşaqda qəbizlik varsa, qara gavalı və ya ərik vermək olar.  
Gün ərzində hansı miqdarda meyvə püresi verilməldir? 
Sutkalıq norma bərabərdir uşağın ay yaşı vurulsun 10 (məsələn, 10 aylıq uşağın meyvə püresinin həcmi 100q təşkil edir).
Bu prinsipdən irəli gələrək, körpənin menyusuna meyvə şirələri də əlavə olunur. İlkin olaraq birkomponentli, açıq rəngli ( adətən yaşıl almaların şirəsi olur) şirələr olur. Bir neçə mililitrdən başlayaraq yaş normanın həcminə çatdırılır – 10-12 aylıq uşağa 80-100ml sutka ərzində verilir.
Yeddinci qanun
Uşaqlara əlavə qida olaraq yalnız xüsusi kəsmik istifadə olunmalıdır.
Kəsmik- ilk süd məhsuludur ki, uşağa rahat vermək olar. İlk qaşığı 8-9 ayında verilməlidir. Qatıqdan fərqli olaraq kəsmikdə turşuluq azdır və mədənin incə selikli qişanı qıcıqlandırmır.  Bir yaşa qədər uşaqlarda ancaq xüsusi kəsmiklər istifadə olunmalıdır, hansı ki ancaq bu yaş dövrü üçün nəzərdə tutulub.  Uşaqlar üçün kəsmik xüsusi texnologiya ilə istehsal olunur, ona görə də böyüklərin kəsmiyindən fərqli olaraq,  bütün lazımi komponentlər saxlanılır və incə konsistensiyaya malikdir.
Kəsmiyə neqativ reaksiyalar olmadıqda 5-7 gün ərzində 40q, 9-cu ayında 50q qədər verilə bilər.
Bu dozanı aşmaq məsləhət görülmür, çünki artıq dozada böyrəyə yük artmış olur və gələcəkdə funksiya pozğunluğu ola bilər. 
Səkkizinci qanun.
Körpələrə balıq menyusu
Hər bir ana düşünür, hansı balıqdan başlamaq olar?
Müsbət cəhətləri çox olmasına baxmayaraq, uşaq menyusunda 9-10-cu ayından tez başlamaq məsləhət deyil. Uşaqda allerqiya əlamətləri varsa balığı 1,5 yaşına uzatmaq lazımdır.
Balıq zülalı güclü allergen hesab olunur, ona görə də bu məhsula ehtiyyatla yanaşmaq lazımdır. Uşağın birinci ilində balıq ancaq sağlam uşaqlara vermək lazımdır, hansında ki allergiya əlamətləri yoxdur. 
Hansı balıqdan başlamaq lazımdır?
İlk olaraq xek, pikşa, mintay, kambala balığından başlamaq olar. Bunlar dietik və hipoallergen hesab olunur. Bir yaşa qədər uşaqlara gün ərzində 30-60 qr balıq püresi və həftədə 1-2 dəfədən tez olmayaraq vermək olar.
Diqqət!
Əlavə qidalar ana südünə əlavə olaraq nəzərdə tutulub. Əsas qida kimi ana südü olmalıdır.

  О нас

Это портал:
- где каждый врач, каждое медицинское учреждение имеет свою веб страницу и где представлены все лекарства наших аптек.

  Последние изображения
  Свяжитесь с нами
  Ambulant Ltd

Baku Azerbaijan, South Road

Tel : +994 (70) 214-45-44
Э-почта : azad@azetel.net
Время работы: 10:00 - 18:00
Чат онлайн: 9:30 - 24:00